AZ

Novorossiysk şəhərinə dron hücum olub

Novorossiysk

Ukrayna dronları Rusiyanın Novorossiysk şəhərinin mərkəzinə çoxsaylı zərbələr endiriblər.

Reyting.az
xəbər verir ki, hücum nəticəsində 2 nəfərin həlak olduğu, 3 nəfərin yaralandığı bildirilir. Beş yaşayış evinin və şəhərin mərkəzdəki "Novorossiysk" otelinin zədələndiyi qeyd olunur.

Hücum gündüz saatlarında olub. Bəzi mənbələr hücumun müəyyən fasilələrlə indi də davam etdiyini bildirsələr də, Rusiya rəsmiləri bunu təkzib ediblər.

Oqtay QORÇU
Seçilən
25
1
reyting.az

2Mənbələr