AZ

DVX əmək haqqına vergi güzəştlərinin bitməsilə bağlı məsələyə münasibət bildirib

2026-cı ilin yanvar tarixindən etibarən Azərbaycanda özəl sektorda çalışan muzdlu işçilərin gəlir vergisi üzrə tətbiq edilən güzəştlərin müddəti başa çatır. Bu, 2019-cu ildən qüvvədə olan yeddi illik güzəşt dövrünün sonu deməkdir.

Məsələ ilə bağlı sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətindən (DVX) bildirilib ki, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı layihə Milli Məclis tərəfindən qəbul olunduqdan sonra ətraflı məlumat və izahat xarakterli açıqlama veriləcək.

    Qeyd edək ki, 2025-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1768,4 min nəfər olub, onlardan 858,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin vergi tutulan aylıq gəlirinin məbləği 8000 manatadək olduqda 0 faiz, vergi tutulan aylıq gəlirinin məbləği 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində gəlir vergisi tutulur.

    Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin vergi tutulan aylıq gəlirinin məbləği 2500 manatadək olduqda 14 faiz (əsas iş yerində 2500 manatadək olan aylıq əmək haqqının 200 manat olan hissəsi gəlir vergisindən azaddır), vergi tutulan aylıq gəlirinin məbləği 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi tutulur.

    Seçilən
    10
    10
    banco.az

    10Mənbələr