AZ

Vahab Məmmədov: İnformasiya texnologiyaları statistika sisteminin şəffaflığını təmin edir

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanda statistika işinin daha da təkmilləşdirilməsi üçün Dövlət Proqramı qəbul olunub. Qəbul olunan proqrama əsasən bir sıra tədbirlər həyata keçirilir. Bunlardan biri 2026–2030-cu illər üçün statistika proqramında peyk məlumatlarının tətbiqinin genişləndirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, aparılan islahatların əsas nəticəsi rəsmi statistikanın tamamilə elektron formata keçməsidir.

“Hazırda məlumatların toplanması, emalı və yayımı tam rəqəmsal formatda icra olunur ki, bu da kağız sənəd dövriyyəsini xeyli azaldıb, prosesləri sürətləndirib və statistik məlumatların istifadəçilər üçün əlçatanlığını artırıb. Artıq məlumatların yayımı ənənəvi nəşrlərdən, çap olunmuş məcmuələrdən müasir rəqəmsal həllərə keçib. Bu platformalar istifadəçilərə özləri müstəqil şəkildə cədvəl və qrafiklər formalaşdırmaq imkanı verir. Belə yanaşma istifadədə rahatlığını təmin edir və statistikanı cəmiyyət üçün daha əlçatan formaya salır”, - deyə V.Məmmədov vurğulayıb.

 

Seçilən
12
3
azertag.az

4Mənbələr