AZ

Meloni və Şaraa ABŞ-da görüşüb

İtaliyanın Baş naziri Ciorcia Meloni və Suriya prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüş keçirib.

Xezerxeber.az xəbər verir ki, görüşün detalları barədə Meloni özünün “X” hesabında məlumat verib.

“Görüş zamanı İtaliya şirkətlərinin qarşılıqlı maraq doğuran sahələrə investisiya qoyması vasitəsilə suveren və stabil Suriyanın yenidənqurulmasına olan dəstəyimizi vurğuladım. Suriyada cəmiyyətin bütün komponentlərinin qorunmasının əhəmiyyətini vurğuladım. Xüsusilə də xristianlar kimi azlıqların müdafiəsindən başlamaq yerinə düşər. Fürsətdən istifadə edərək, uriyalı qaçıqnların öz ölkələrinə könüllü surətdə qayıtması üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırdım”- İtaliyanın Baş naziri qeyd edib.

Seçilən
15
11
xezerxeber.az

10Mənbələr