AZ

Gədəbəydə müəllimləri daşıyan mikroavtobus aşdı – 10-dan çox xəsarət alan var

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xıbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolumda, Gədəbəy rayonu ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes “markalı mikroavtobusla “VAZ” markalı minik maşını toqquşub. Qəzadan sonra müəllimləri daşıyan mikroavtobus yolun kənarına aşıb.

TƏBİB-dəb bildirilib ki, sentyabrın 24-də saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub. Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Seçilən
35
heftelik.az

1Mənbələr