AZ

Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 5,5 milyard manat olub

Bakı, 24 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,3 faiz artaraq 5 milyard 558,3 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 006,7 milyon manatlıq xidmət göstərilib.

Bu, xidmətlərin ümumi dəyərinin 90,1 faizini təşkil edib.

Seçilən
27
3
azertag.az

10Mənbələr