27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda, Bakı-Ələt yolunun kənarında ağacəkmə aksiyası təşkil edilib.
Aksiyada BŞİH-in rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər. Ərazi iştirakçılar tərəfindən yararsız tullantılardan təmizlənərək burada Abşeronun torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.
Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Ü.Qarayev
XQ