AZ

100 yaşlı qadın uzunömürlülüyünün sirrini açıqladı

Yamaykada yaşayan 100 yaşlı Silvani Uoker uzunömürlülüyünün sirrini açıqlayıb.

BAKU.WS xəbər verir ki, o, bunu çaya olan sevgisi ilə əlaqələndirib.

Uoker 1925-ci il sentyabrın 17-də kasıb ailədə doğulub. Məktəb illərində onun yalnız iki geyimi olub – biri dərs, digəri kilsə üçün.

1961-ci ildə ailəsi ilə daha yaxşı həyat üçün Böyük Britaniyaya köçüb. Uzun illər xəstəxanalarda camaşırxanada və mətbəxdə işləyib, pul yığıb.

1999-cu ildə pensiyaya çıxıb və Yamaykaya qayıdıb. Torpaq alaraq ev tikib.

O, valideynlərinin tərbiyəsini və gündə üç fincan Tetley çayı içməsini uzunömürlülüyünün səbəbi kimi göstərib: "Sevgi və sülh içində yaşa, heç kimə pislik etmə, hər gün çay iç".

Onun dörd övladı, 17 nəvəsi, 39 nəticəsi və 30 kötükcəsi var. Yubileyində ailənin dörd nəsli bir araya gəlib

Seçilən
30
1
far.az

2Mənbələr