AZ

Alimlərdən yeni kəşf - Sümükləri tapıldı 

Argentina alimləri uzunsov kəllə sümükləri və güclü caynaqları ilə tanınan meqaraptor qrupuna aid yeni dinozavr növünü aşkar ediblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, fosilin çənəsində tapılan tarixdən əvvəlki timsahlara aid bir sümük növün qidalanma vərdişləri ilə bağlı əhəmiyyətli ipuçları verdiyi bildirilir.

Araşdırmanın təfərrüatları "Nature Communications" jurnalında dərc olunub.

Ölkənin Pataqoniya bölgəsində Təbaşir dövrünə aid qaya birləşmələrində aparılan qazıntılar zamanı yeni bir dinozavr növünə aid kəllə, qol, ayaq və quyruq sümükləri üzə çıxarılıb.

Sümüklərin təxminən 66-70 milyon il əvvələ aid olduğunu təyin edən tədqiqatçılar, filogenetik analizlərin nəticələrinə əsasən, dövrün digər meqaraptor növlərindən fərqli xüsusiyyətlərə malik olduğu müəyyən edilən dinozavrı "Joaquinraptor casali" adlandırıblar.

Elm adamları, ölüm səbəbinin hələ bilinmədiyini bildirərkən, dinozavrın öldüyü zaman təxminən 7 metr uzunluğunda və ən az 19 yaşında olduğunu təyin etdilər.

Seçilən
13
manset.az

1Mənbələr