AZ

WhatsApp dan pulsuz YENİLİK

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

"WhatsApp" messenceri istifadəçilərin seçdiyi dilə daxili mesaj tərcüməsini mərhələli şəkildə tətbiq etməyə başladığını açıqlayıb.

Ölkə.Az "The Verge"ə istinadən xəbər verir ki, bu funksiya iPhone və Android sahibləri üçün tamamilə pulsuz olacaq.

Tərcümə funksiyasını aktivləşdirmək üçün istifadəçi mesajın üzərinə uzun basmalı, sonra isə “Tərcümə et” düyməsini seçməlidir. Bundan sonra tərcümə olunacaq dili seçmək mümkündür. Funksiya şəxsi yazışmalarda, qruplarda və kanallarda işləyir. Android istifadəçiləri bütöv söhbət zəncirləri üçün avtomatik tərcüməni aktiv edə bilərlər ki, bu da daxil olan bütün mesajlara tətbiq ediləcək.

Android istifadəçilərinə ilkin mərhələdə ingilis, ispan, hindi, portuqal, rus və ərəb dillərindən tərcümə imkanı veriləcək. iPhone istifadəçiləri isə mesajları 19-dan çox dilə tərcümə edə biləcəklər. "WhatsApp" gələcəkdə digər dillərə dəstəyi genişləndirməyi planlaşdırır.

Qeyd edək ki, yeni funksiya real vaxt rejimində tərcümə deyil. Yəni mesaj yazılan anda avtomatik olaraq qarşı tərəfə tərcümə olunmuş şəkildə getmir. Sən əvvəlcə mesajı alırsan, sonra üzərinə basaraq tərcümə et düyməsini seçirsən və yalnız o zaman tərcümə göstərilir.

“Real vaxt rejimi” olsaydı, yazılan mətn anında sənin seçdiyin dildə görünəcəkdi – heç bir əlavə düyməyə basmadan.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
olke.az

2Mənbələr