AZ

Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib

27 sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ağacəkmə aksiyası keçirib. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “Xalq” qəzetinə verilən mlumata görə, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və təbiətin qorunması məqsədi daşıyan aksiyada nazirliyin əməkdaşları dekorativ ağaclar əkiblər. Əkin işləri ilə yanaşı, mövcud yaşıllıq sahələrində abadlaşdırma və təmizlik tədbirləri də həyata keçirilib.

Aksiyanın davamı olaraq Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub və məzarlar üzərinə gül dəstələri qoyulub.

Səbuhi HƏSƏNOV

 

Seçilən
0
2
xalqqazeti.az

3Mənbələr