AZ

"Ford" 16 min avtomobili geri çağırır

"Ford Motor" şirkəti ABŞ-da 115.54 min avtomobili geri çağırır.

Axar.az xəbər verir ki, sükan sistemindəki qüsur belə bir qərarın qəbul edilməsinə səbəb olub.

Bildirilib ki, sözügedən problem avtomobilin idarəolunmasının itirilməsi ilə nəticələnə bilər.

Geriçağırma 2020-2021-ci illərdə istehsal edilmiş Ford F-250, Ford F-350 və Ford F-450 modellərinə aiddir.

O da vurğulanıb ki, "Ford" dilerləri qüsurlu komponenti pulsuz yoxlayacaq, lazım olduqda təmir edəcək və ya dəyişdirəcəklər.

Seçilən
17
3
axar.az

4Mənbələr