AZ

Ermənistanda arxiyepiskop hakimiyyəti devirməyə çağırışda təqsirli bilinib

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Məhkəmə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının başçısı arxiyepiskop Mikael Acapaxyanı hakimiyyəti devirməyə çağırışda təqsirli hesab edib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Birinci instansiya məhkəməsinin sədri Armine Meliksetyan qeyd edib ki, arxiyepiskop barəsində həbs-qətimkan tədbiri dəyişməz qalır.

Onun sözlərinə görə, əlavə dinləmələr sentyabrın 29-da saat 15:30-da təyin olunub.

Qeyd edək ki, M.Acapaxyan iyun ayının sonunda hakimiyyəti devirməyə açıq çağırışlarda ittiham olunaraq həbs edilib.

Səbəb onun köhnə müsahibələri olub. Burada o, Ermənistanın hazırkı rəhbərliyini ölkə üçün məhvedici siyasət yürütməkdə günahlandırıb və çevriliş zərurətindən danışıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
2
sherg.az

3Mənbələr