AZ

Ermənistan müxalifətçi siyasətçinin qətli ilə bağlı işin təfərrüatını açıb...

Ermənistanın İstintaq Komitəsi (İK) Merdzavan kəndində müxalifətçi siyasətçi Volodya Qriqoryanın qətli ilə bir neçə ay əvvəl kənddə törədilmiş növbəti qətl arasında əlaqəni araşdırır.

SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu xüsusilə mühüm işlər üzrə müstəntiq Arak Hovhannisyan bildirib. ...İstintaq bir neçə nəzəriyyəni, o cümlədən qeyd etdiyiniz nəzəriyyəni araşdırır. Hər bir nəzəriyyəni təsdiq və ya təkzib etmək üçün araşdırma aparılır, - o, məsələ ilə bağlı sualı cavablandırıb.

Bundan başqa, müstəntiq bildirib ki, Qriqoryanı maskalı şəxs avtomatla vurub. Hüquq-mühafizə orqanları hələ də onun yerini tapa bilməyib.

Sentyabrın 23-ü axşam saatlarında Ermənistanın “Aprelu Yerkir” müxalifət partiyasını təmsil edən Parakar icmasının rəhbəri Volodya Qriqoryan öldürülüb.

Qriqoryanın dostu, polis əməkdaşı da həlak olub, daha bir nəfər isə yaralanıb.

Əli Babayev

Seçilən
16
1
sia.az

2Mənbələr