AZ

Tural İsmayılov: “Azərbaycanın lider mövqeyi beynəlxalq arenada daha da güclənir”

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın qlobal səhnədə artan rolunun və lider mövqeyinin təsdiqidir. Bu, ölkəmizin beynəlxalq arenada əldə etdiyi nailiyyətlərin əyani göstəricisi kimi dəyərləndirilə bilər. Qarabağda suverenliyin tam bərpa olunması Azərbaycanı regionda sabitlik və təhlükəsizlik amilinə çevirib. Prezidentin çıxışının region üçün yeni perspektivlər açacağı gözlənilir. Azərbaycanın BMT tribunasından verəcəyi mesajlar həm qlobal sülhə, həm də əməkdaşlıq mühitinə töhfə olacaq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq arenada artan fəallığının və siyasi çəkisinin göstəricisi kimi dəyərləndirilir. BMT tribunasından səslənəcək mesajların təkcə Azərbaycan üçün deyil, region üçün də strateji əhəmiyyət daşıyacağı gözlənilir. Qarabağda suverenliyin tam bərpasından sonra Prezidentin beynəlxalq ictimaiyyətə hansı mesajlar verəcəyi xüsusi maraq doğurur. Dəyişən güc balansı və geosiyasi rəqabət fonunda Azərbaycanın milli maraqlarını necə müdafiə edəcəyi və tərəfdaşlıq münasibətlərini hansı istiqamətdə inkişaf etdirəcəyi əsas diqqət mərkəzində olacaq.

Siyasi şərhçinin fikrincə, post-münaqişə dövründə Azərbaycanın qazandığı təcrübə beynəlxalq ictimaiyyət üçün nümunə ola bilər.

“Prezident İlham Əliyevin liderliyi Azərbaycanın diplomatik mövqelərini möhkəmləndirərək onu etibarlı tərəfdaşa çevirib. Geosiyasi dəyişikliklər fonunda Azərbaycan milli maraqlarını qorumaqda ardıcıl siyasət nümayiş etdirir. Enerji strategiyası və regional təşəbbüsləri ilə ölkəmiz qlobal iqtisadiyyata dəstək verir, beynəlxalq hüquq normalarını müdafiə etməklə isə konstruktiv mövqeyini göstərir. Bu sessiyada Azərbaycanın diplomatik qalibiyyətləri bir daha vurğulanacaq, ölkəmizin səsi beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənəcək. Prezidentin mesajları regionda sabitlik, əməkdaşlıq və inkişaf prinsiplərini təşviq edəcək. Azərbaycanın təşəbbüsləri həm regionun gələcəyinin formalaşmasına, həm də qlobal güc balansında ölkəmizin mövqeyinin güclənməsinə xidmət edəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
19
aznews.az

1Mənbələr