1-ci Liqada 3-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə 3 oyun baş tutub.

“Şəfa” “Cəbrayıl”ı, “Mingəçevir” “Difai”ni, “Səbail” isə “Şahdağ Qusar”ı məğlub yola salıb.

1-ci Liqa
3-cü tur

24 sentyabr

“Şəfa” – “Cəbrayıl” 3:0
Qollar: Emin Zamanov, 50. Ürfan İsmayılov, 80. Amir Ebrahimzade, 90+1.

“Mingəçevir” – “Difai” 2:0
Qollar: Cona Attukuaye, 73; 89.

“Səbail” – “Şahdağ Qusar” 2:0
Qollar: Yusif Nəbiyev, 14. Emin Rüstəmov, 45.