AZ

“İsak hələ optimal formadadır”

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın yeni üzvü, isveçli hücumçu Aleksandr İsakın hazırkı durumunu şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı mütəxəssis bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“İsak ‘Liverpul’a optimal formada gəlmədi. Hələ formaya düşməlidir. Onun oyununu ən yaxın milli fasilədən sonra qiymətləndirmək mümkün olacaq. İsak daha çox oyun vaxtı alacaq. Bununla onun mövsümöncəsi hazırlığı tamamlanacaq və nəticələr çıxarmaq mümkün olacaq"

Qeyd edək ki, İsak bu yay 145 milyon avro qarşılığında “Nyukasl”dan “Liverpul”a transfer olunub.

Seçilən
72
90deqiqe.az

1Mənbələr