Oktyabrın 1-dən Rusiya prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustinin maaşları 7,6% indeksləşdiriləcək.
Busaat.az xəbər verir ki, bu barədə “TASS” dövlət başçısının müvafiq sərəncamına istinadən məlumat yayıb.
Qeyd edək ki, bu, son iki ildə ilk artımdır. Baş nazirin müavinləri, nazirlər, federal qurumların rəhbərləri və digər yüksək vəzifəli məmurların maaşları da eyni məbləğdə artacaq.
Daha əvvəl elan edilmişdi ki, Rusiya dövlət qulluqçuları, diplomatlar və dövlət sektoru işçilərinin maaşları oktyabr ayından etibarən indeksləşdiriləcək. Prezidentin ayrıca sərəncamları ilə də baş prokurorun, İstintaq Komitəsinin rəhbərinin, hakimlərin maaşları artırılıb.
Yeganə