AZ

“Qəbələ” üç xalı üç qolla qazandı, “Kəpəz” yenə xalsız qaldı - reportaj

Qəbələ - Kəpəz (Gəncə) 3:0 (1:0)
1. Səlahət Ağayev - 6,0
13. Nicat Əliyev - 6,0
(7. Rüfət Əhmədov, 75) - 5,0
74. Süleyman Damadayev - 6,0
27. Eşqin Əhmədov - 5,5
3. Eduardo Kunde - 6,0
10. Şahin Şahniyarov - 6,0
(22. Fərid İsgəndərov, 81) - qiymətsiz
6. Xayme Syerra - 6,5
12. İbrahim Sanqare - 4,0
(30. Prins Ovusu, 31) - 7,0
16. İsaak Amoah - 6,0
50. Adriel Ba Loua - 6,5
14. Domi Massumo - 6,5
(21. Ziya Şəkərxanov, 81) - qiymətsiz
Ehtiyat oyunçular
94. Həbib Hüşənov
11. Asif Məmmədov
28. Murad Məmmədov
66. Nuğay Rəşidov
26. Elnur Mustafayev
17. Qədir Ramazanov
Baş məşqçi: Kaxaber Sxadadze
Komandanın ən yaxşısı: Prins Ovusu

22. Məmməd Hüseynov - 4,5
27. Məqsəd İsayev - 5,0
(20. Elcan Əbilov, 87) - qiymətsiz
29. Dioqo Verdaşka - 4,0
38. Cefferson Bentu - 4,0
7. Ehtiram Şahverdiyev - 4,0
(17. Ümid Səmədov, 72) - 3,0
88. Şakir Seyidov - 4,0
(77. Fərid Nəbiyev, 59) - 3,5
6. Pedro Qomeş - 5,5
11. Vitor Feyjao - 4,5
(55. Kresus Donqo, 59) - 4,0
12. Mahamadu Ba - 5,0
10. Rinosuke Ohori - 5,0
9. Luis Paçu - 4,0
(21. Sadiq Şəfiyev, 59) - 3,5
Ehtiyat oyunçular
1. Kasper Rosa
81. Elgün Bayramov
99. Əli Səmədov
15. Raul Məmmədov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
19. Otar Abtsiuari
Baş məşqçi: Adil Şükürov
Komandanın ən yaxşısı: Pedro Qomeş

Qollar: A.Ba Loua, 44 (1:0, X.Syerra). P.Ovusu, 59 (2:0, A.Ba Loua). P.Ovusu, 67 (3:0).
Hakimlər: KAMAL UMUDLU, Rəhman İmani, Teymur Teymurov, Emin Əliyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
20 sentyabr. Qəbələ. Şəhər stadionu. 150 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

İlk dörd turdan sonra son iki pillədə qərarlaşan komandaların dueli böyük maraqla gözlənilirdi. Axı “Kəpəz” qələbə təqdirində sonuncu pilləni “Qəbələ”yə təhvil verəcəkdi. Digər tərəfdən, məğlubiyyətin Adil Şükürovun postunu itirməsinə səbəb olacağı da əvvəldən bilinirdi.
“Kəpəz” bu dəfə də azarkeşlərini məyus etdi – həm oyun, həm də nəticə baxımından.

Əslində ilk təhlükəli hücum “Qəbələ”nin qapısı önündə yarandı. Səlahət topu uzaqlaşdırandan sonra Məqsəd boş qalan qapını nişan almağa çalışsa da, Süleyman başla topu çıxardı. 20-ci dəqiqədə isə Ba Louanın ötürməsindən sonra Massumu cərimə meydançasına daxil olar-olmaz qapıya zərbə vurdu, ancaq dirək qola imkan vermədi. Hissənin sonunda - 44-cü dəqiqədə Syerranın baxımlı ötürməsindən sonra eyni dərəcədə gözəl toxunuşla Ba Loua topu qapıdan keçirdi, hesab açıldı.

Qonaqlar 2-ci hissəyə hücumlarla başladı. 47-ci dəqiqədə Şakirin ötürməsindən sonra Ohori qapıya qüvvətli olmayan zərbə vursa da, “Qəbələ” üçün təhlükə yaratdı. Bir neçə dəqiqə sonra isə Məqsəd qapını yoxladı, yenə də “çərçivə”yə düşmək mümkün olmadı. 55-ci dəqiqədə Ba “Kəpəz”in növbəti hücumunu sonlandırdı. Onun cərimə meydançası xaricindən vurduğu zərbə “ünvanına çatmadı”.

İkinci yarının startından qonaqların qurduğu ardıcıl hücumlara meydan sahibləri qolla cavab verdi. Əks-hücuma çıxan “qırmızı-qaralar” fərqi artırdı. Ba Louanın ötürməsindən sonra Ovusu fərqləndi. 8 dəqiqə sonra isə gəncəlilərin müdafiəsinin dayağı sayılan Verdaşkanın səhvindən sonra Ovusu özünün 2-ci, komandasının 3-cü qolunu vurdu. 85-ci dəqiqədə “Kəpəz” heç olmadığı qədər qola yaxın oldu. Təkbətək zamanı Donqonun zərbəsini dəf edən Səlahət Fəridin qayıdan topuna da doğru reaksiya verdi. Oyunun sonlarında hər iki tərəf, sadəcə, final fitinu gözləyirdi.

Beləliklə, “Qəbələ” mövsümdə ilk qələbəsini qazandı, ardıcıl 5-ci oyunda uduzan“Kəpəz” isə baş məşqçisi ilə vidalaşdı.

Gözdən qaçmadı
*“Xəmsə” “Adil, Erkin səni gözləyir” şüarı səsləndirdi. Final fitindən sonra Adil Şükürovla gəncəli azarkeşlərdən biri arasında ciddi münaqişə yaşandı. Mütəxəssis onu istefa verməyə, evə getməyə səsləyən azarkeşə yaxınlaşaraq “sən məni evə göndərirsən, evində yer var” kimi olduqca qeyri-etik ifadə işlətdi.
* Mətbuat konfransında Kaxaber Sxadadzenin tərcüməçisi “Qəbələ”nin mətbuat katibi Elnur Məmmədli idi.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
51
1
football-plus.az

2Mənbələr