Bu daima müzakirə olunur ki, futbolçu olmadan da məşqçi olmaq olar.
Bəli, bu nadir hallarda olur, amma, doğrusu, məncə, elə futbolçu olub, sonra yaxşı məşqçi olmaqdır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.
O qeyd edib ki, peşəkər futbol oynadığı vaxtlarda daha dərindən futbolçu psixologiyasını öyrənməyə başlayıb:
“Özüm bəlkə də bir az kaprizli futbolçu olmuşam, amma işgüzar idim. Düşünmüşəm ki, digərlərdən fərqli olmalıyam və daha çox çalışmalıyam ki, uğurlu futbolçu olum.
Bəzi futbolçularda məşqçi olaraq bunu görməyə başlamışam və görmüşəm ki, uğurun açarı daha çox çalışmaqdadır.
Bəzi futbolçuların məndən xoşu gəlmir, çünki onlardan daha çox tələb edirəm.
Onları daha çox işlədirəm və hətta məşqdən əlavə və ya məşqdən sonra, yaxud məşqə kimi onlarla yarım saat, bir saat çalışmağa başlayıram.
Ola bilər ki, futbolçu olmayıb məşqçi olanlar da bunları hiss etməsinlər və futbolçunun narazılığını düzgün anlamasınlar”.