AZ

Şara Türkiyəyə təşəkkür etdi

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Zəngin tarixə, sivilizasiyaya və mədəniyyətə malik olan Suriya yeni bir səhifə açaraq dünya xalqları arasında öz layiqli yerinə qayıdır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının tribunasından çıxış edən Suriyanın Prezidenti Əhməd əş-Şara deyib.

Onun sözlərinə görə, Suriya tarixə sülh adlı yeni səhifə açıb:

"Xalqımız öz hüquqlarını, azadlıqlarını və milli ləyaqətini bərpa etmək üçün ayağa qalxıb. Bu gün suriyalılar rifaha doğru gedən yolda onlara dəstək olan hər kəsə təşəkkür edir. Xüsusilə, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, bütün ərəb və müsəlman ölkələrinə, ABŞ və Avropa Birliyinə təşəkkür edirəm".

Şara qeyd edib ki, keçid hökuməti hakimiyyət boşluğunu aradan qaldırmağa və ölkənin yenidən qurulmasına başlamağa müvəffəq olub:

"Biz milli dialoq apardıq və indi parlament seçkilərinə doğru gedirik. Suriya istisnasız olaraq bütün vətəndaşların hüquqlarını təmin edən qanunların qəbulu ilə yeni dövlət yaradır, bərpa olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
2
axar.az

3Mənbələr