AZ

Qan qrupuna görə ideal peşələr – Yapon inancı

Yaponiyada məşhur olan “Ketsueki-gata” adlı inanca görə, insanların qan qrupu onların xarakterinə və hansı sahədə daha uğurlu ola biləcəyinə təsir edir.

News24.az xəbər verir ki, bu nəzəriyyə elmi cəhətdən sübut edilməsə də, Yaponiyada və bəzi Asiya ölkələrində geniş yayılıb.

I qan qrupu olanlar liderlik bacarığı ilə seçilirlər. Onlar məqsədyönlü, cəsarətli və özünə güvənən hesab olunurlar. Bu səbəbdən CEO, siyasətçi və motivasiya çıxışçısı kimi peşələr onlara uyğun sayılır.

II qan qrupu sakit, planlı və məsuliyyətli insanlar arasında yayılıb. Onlara mühasib, iqtisadçı və kitabxanaçı kimi detallı və sabit işlər daha çox yaraşır.

III qan qrupu yaradıcı və sərbəst düşünən şəxslərlə əlaqələndirilir. Bu qrupdakılar üçün jurnalist, musiqiçi və rəssam kimi peşələr tövsiyə olunur.

IV qan qrupu isə həm məntiqi, həm də emosional düşünə bilən, empatik insanlarla bağlıdır. Onlar müəllimlik, hüquqşünaslıq və psixologiya sahələrində uğurlu ola bilərlər.

Elm bu yanaşmanı dəstəkləməsə də, “Ketsueki-gata” inancı insanların özünü tanıması və peşə seçimi barədə fərqli baxış bucağı təqdim edir.

Xeyrənsə Piriyeva

Seçilən
75
1
news24.az

2Mənbələr