AZ

Zaxarova Leyenin Rusiya ilə bağlı sözlərinə belə reaksiya verdi

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çinin köməyi ilə Rusiyanı danışıqlar masasına oturmağa təşviq etmək əvəzinə, Londondan Kiyevi münaqişəni sülh yolu ilə həll etməyə çağırmağı xahiş etməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında deyib.

“Bəs Ursula, AB-nin aylardır isterik şəkildə tələb etdiyi danışıqlar masasındakı öz yerini kimin vasitəsilə lobbiləşdirir? Xatırladım. Rusiya hələ 2022-ci ilin yazında, Boris Conson Kiyev rejimini masadan uzaqlaşdırana qədər danışıqlar masasında idi. Bəlkə, Ursula Londonla danışsa daha yaxşı olar ki, onlar öz təsirlərindən istifadə edərək Ukraynanı danışıqlar masasına oturmağa təşviq etsinlər? Hərçənd Londonda onu kim dinləyəcək ki”, - diplomat qeyd edib.

Qeyd edək ki, Leyen Çinin baş naziri Li Tsyan ilə görüşdə Pekindən Rusiyanı danışıqlar masasına oturtmaq üçün öz təsirindən istifadə etməyi xahiş etmişdi.

Seçilən
23
1
axar.az

2Mənbələr