AZ

Ceyhun Bayramov Marqus Tsahkna ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.

“İki sahil” xəbər verir ki, Ceyhun Bayramov bu barədə "X"dəki hesabında yazıb.

"Biz Azərbaycan-Estoniya əlaqələrinin gücləndirilmiş siyasi dialoq, müntəzəm məsləhətləşmələr və yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə inkişafını müzakirə etdik.

Mən həmkarıma Azərbaycanın regionumuzda davamlı sülh və sabitliyin təşviqi istiqamətində göstərdiyi səylər barədə də məlumat verdim", - C.Bayramov qeyd edib.

Seçilən
49
1
ikisahil.az

2Mənbələr