AZ

İsrailin bu şəhərinə PUA zərbəsi endirildi: 20 nəfər yaralandı

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Yəməndən buraxılan pilotsuz uçuş aparatının (PUA) İsrailin cənubundakı Eylat şəhərinə düşməsi nəticəsində azı 20 nəfər yaralanıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti məlumat yayıb.

Məlumata görə, 2 nəfər ağır, 1 nəfər orta dərəcəli, 17 nəfər isə yüngül xəsarət alıb. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, İsrail ordusu Eylata PUA düşməsi barədə məlumat yayıb. Hərbçilərin məlumatına görə, PUA Yəməndən buraxılıb və onun qarşısını almağa cəhd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
6
olke.az

10Mənbələr