AZ

"Sabah"ın Çempionlar Liqasındakı sonuncu rəqibi məlum olub

Seçmə qrupun finalında İspaniyanın "Mursiya" klubunu 96-88 hesabı ilə məğlub edən Fransa təmsilçisi "Elan Şalon" Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.

İdman.biz bildirir ki, burada o, Azərbaycanın "Sabah" klubu ilə qarşılaşacaq.

Üçqat Azərbaycan çempionu buna görə də B qrupunda “Alba” (Almaniya), “Nimburk” (Çexiya) və “Elan Şalon” (Fransa) ilə görüşlər keçirəcək. Bu, Azərbaycan basketbolunun Çempionlar Liqasının qrup mərhələsində debütüdür.

Mövsümün oktyabrın 7-də başlaması planlaşdırılır.

İdman.biz

Seçilən
61
1
idman.biz

2Mənbələr