AZ

Azərbaycan ilə Dominikan arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbi ləğv edilib (FOTO)

Bakı. Trend:

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsindəAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov DominikanRespublikasının xarici işlər naziri Roberto Alvareslə görüşüb.

Trend-inməlumatına görə, bu barədə Nazirlik "X" sosial şəbəkəsindəyazıb.

Görüşdə siyasi dialoqun gücləndirilməsi, ticarət və turizmaxınlarının artırılması, həmçinin əməkdaşlığın yeniistiqamətlərinin araşdırılması məsələləri müzakirə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığıngenişləndirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər Azərbaycan Respublikası Hökuməti ilə DominikanRespublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportsahibləri üçün viza tələbinin ləğv olunmasına dair Sazişiimzalayıblar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
51
az.trend.az

1Mənbələr