Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.  Danışıqlarda əsas diqqət siyasi dialoqun gücləndirilməsi, ticarət və turizm axınının artırılması, əməkdaşlığın yeni sahələrinin araşdırılması olub. Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Nazirlər "Azərbaycan Respublikası Hökuməti və Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti, rəsmi pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Saziş" imzalayıblar.