AZ

Əsas komandanın məşqçilər korpusuna yeni təyinat oldu

"Şəki" basketbol klubunun əsas komandasının məşqçilər korpusuna yeni təyinat olub.

Sportinfo.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsüm U-12 komandasının baş məşqçisi olmuş Ceyhun Həsənli bundan sonra həm də əsas komandanın məşqçilər korpusunda yer alacaq.

23 yaşlı mütəxəssis baş məşqçi Bedri Meriçə köməklik edəcək. O, həm də "Şəki"nin U-12 komandasında işini davam etdirəcək.

Ötən il "Şəki"də köməkçi məşqçi Vüqar Musayev idi.

Seçilən
24
sportinfo.az

1Mənbələr