AZ

Astronomlar Yerə kometanın yaxınlaşdığı barədə xəbərdarlıq ediblər

Astronomlar bildiriblər ki, “C/2025 A6” (Lemmon) kometası sürətlə parlayır və artıq 10–14 gün ərzində onu binokllarla izləmək mümkün olacaq.

Proqnozlara görə, oktyabrın sonu, noyabrın əvvəllərində bu göy cismi ikinci–dördüncü ulduz böyüklüyündə olacaq və onu optik cihazlar olmadan da açıq gözlə görmək mümkün olacaq. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi “Telegram” kanalında yayılıb.

Bu komet bu il yanvarın 3-də aşkar edilib və hazırda Yerə təxminən 200 milyon kilometr məsafədədir. Hər gün bu məsafə 5 milyon kilometrə qədər azalır.

Seçilən
17
9
demokrat.az

10Mənbələr