AZ

Acqarına qəhvə içmək mədəniqıcıqlandırır

Dietoloq Yelena Solomatina insanların səhər yuxudan duran kimi qəhvə içməməsini tövsiyə edib.

Redaktor.az xəbər verir ki, o, bunun sağlamlığa mənfi təsirlərindən life.ru-ya danışıb.

Mütəxəssisin sözlərinə görə, acqarına qəbul edilən qəhvə mədənin selikli qişasını qıcıqlandırır, turşuluğu artırır, bağırsaqların fəaliyyətini poza və spazmlara səbəb ola bilər. Bundan əlavə, qəhvə stres hormonu kortizolun ifrazını gücləndirir. Halbuki bu hormonun səviyyəsi səhər tezdən onsuz da ən yüksək həddə olur. Bu isə böyrəküstü vəzilərə əlavə yük salaraq hormonal disbalans və əhvalın pisləşməsinə gətirib çıxara bilər.

Solomatina həmçinin qeyd edib ki, yuxudan dərhal sonra qəhvəyə alışmaq orqanizmin kofeinə adaptasiya olunmasına səbəb olur və nəticədə içki əvvəlki kimi gümrah etməyi dayandırır.

Dietoloq qəhvəni oyanandan təxminən 30–60 dəqiqə sonra və imkan daxilində səhər yeməyindən sonra içməyi məsləhət görüb.

Aytəkin TOFİQQIZI

Seçilən
12
1
redaktor.az

2Mənbələr