AZ

Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb

Azərbaycan

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşüb.Söhbət zamanı Azərbaycanla bu şirkət arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.Cenni Conson ölkəmizin son illərdə həyata keçirdiyi iqtisadi layihələrin və inkişaf istiqamətində gördüyü tədbirlərin beynəlxalq kapital üçün mühüm imkanlar yaratdığını bildirdi. O, həmçinin Azərbaycanda investorlar üçün formalaşmış sabit və əlverişli mühiti yüksək qiymətləndirərək, bunun uzunmüddətli tərəfdaşlığa möhkəm zəmin yaratdığını qeyd etdi.Görüşdə “Franklin Templeton”un kapital bazarları, infrastruktur, daşınmaz əmlak və bərpaolunan enerji sahələrində çoxillik və uğurlu təcrübəsinin Azərbaycanın iqtisadi və maliyyə, həmçinin yaşıl gündəliyinin icrasına töhfə verə biləcəyi vurğulandı.Qeyd edək ki, 1947-ci ildə ABŞ-da təsis edilən “Franklin Templeton” hazırda təxminən 1,6 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin 30-dan çox ölkədə 70-ə yaxın ofisi var və 170-dən çox ölkədə 1000-dən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edir.AzərbaycanR.D

Diqqət Çəkənlər

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

“Gizir Xanı” minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində həlak olub

Süni İntellektin Enerji İstehsalına və Məlumat Mərkəzlərinə Təsiri

Seçilən
41
35
ulusum.az

10Mənbələr