AZ

Soyuqdəymə və ya qrip zamanı uzaq durmalı olduğunuz qidalar

Hemotest Laboratoriyasının mütəxəssisi, qastroenteroloq Yekaterina Kaşuxun sözlərinə görə, sağlam həzm sistemi güclü immunitetin əsas şərtidir.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Onun dediyinə görə, immun hüceyrələrinin təxminən 80 faizi məhz həzm sistemində formalaşır. Bu hüceyrələr təkcə bağırsağın sağlamlığını deyil, həm də orqanizmin viruslara, bakteriyalara, göbələklərə və parazitlərə qarşı müdafiəsini təmin edir.

Həkim bildirib ki, lif, vitamin, mineral və zülallarla zəngin balanslı qidalanma immunitet üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, trans yağlarla zəngin qidalardan uzaq durmaq, süni əlavələr və konservantlardan istifadəni minimuma endirmək tövsiyə olunur.

Kaşux qeyd edib ki, həddindən artıq qızardılmış, çox duzlu və ya ədviyyatlı yeməklər həzm sisteminin selikli qişasını qıcıqlandırır, faydalı maddələrin mənimsənilməsini çətinləşdirir və orqanizmdə toksikliyi artıra bilər. Soyuqdəymə və qrip zamanı pəhriz yüngül, vitamin və minerallarla zəngin, asan həzm olunan zülallardan ibarət olmalıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr