AZ

Metropolitenin Müşahidə Şurası yeniləndi - İki yeni TƏYİNAT - FOTO

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibinə iki nəfər əlavə edilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Hüquq departamentinin direktoru Toğrul Quluzadə və Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədov QSC-nin Müşahidə Şurasının üzvləri təyin edilib.

Şuranın rəhbəri AZCON-un icraçı direktoru Şahin Babayevdir. AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləridir.

2
Seçilən
26
20
redaktor.az

10Mənbələr