“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibinə iki nəfər əlavə edilib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Hüquq departamentinin direktoru Toğrul Quluzadə və Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədov QSC-nin Müşahidə Şurasının üzvləri təyin edilib.
Şuranın rəhbəri AZCON-un icraçı direktoru Şahin Babayevdir. AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləridir.
