AZ

BMU tələbələrinin hazırladığı PUA beynəlxalq forumda nümayiş olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himayəsi ilə “Sea Breeze" şəhər kompleksində keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub.  

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorların iştirak etdiyi ikigünlük forum müxtəlif ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq məqsədi daşıyıb. Tədbir çərçivəsində plenar iclaslar, institusional və panel sessiyalar təşkil olunub, ölkəmizin investisiya imkanları və potensialına dair sərgi keçirilib.  

Sərgidə BMU-nun Mexanika mühəndisliyi laboratoriyalarının müdiri Rüstəm Kələntərovun mentorluğu və rəhbərliyi ilə universitetin tələbələri tərəfindən hazırlanmış “Zəngəzur” PUA-sı da nümayiş olunub. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin yaxından dəstəyi ilə iştirakçılara təqdim edilən və maraqla qarşılanan PUA-nın texniki imkanları, radioekoloji monitorinq əməliyyatlar həyata keçirmək baxımından üstünlükləri diqqətə çatdırılıb.

 

 

Seçilən
15
tehsil.biz

1Mənbələr