AZ

Orta Asiya ölkələri Rusiyadan yan keçməyə çalışır -Neft bazarları üzrə iqtisadçısı Julyen Matonyer

Orta Asiya regionu enerji infrastrukturunu və ixrac marşrutlarını diversifikasiya edərək Rusiyadan asılılığı azaltmağa çalışır. Bunu “Energy Intelligence Group”un neft bazarları üzrə iqtisadçısı Julyen Matonyer Bakıda “Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika” mövzusunda keçirilən tədbirdə deyib. 

O bildirib ki, Qazaxıstan neft ixracını “Bakı–Tbilisi–Ceyhan” kəməri ilə 1,5 milyon tondan 20 milyon tona qədər artırmağı hədəfləyir.

 Bununla yanaşı, Azərbaycanın üzərindən tranzit 2024-cü ildə 1,4 milyon tondan 2025-ci ildə 1,7 milyon tona yüksələcəyi gözlənilir.

Matonyer vurğulayıb ki, Rusiya tənzimləyici orqanlarının təsiri ilə Qara dənizdəki terminal fəaliyyətlərinin dayandırılması Qazaxıstan üçün kritik hesab edilən KTK boru kəmərinin (təxminən 800 min barel/gün) yarıdan çoxunun ixracını təhlükə altına qoyub.

Ekspert qeyd edir ki, Qazaxıstan və digər ölkələr Çini Avropa ilə birləşdirən “Orta Dəhliz”də dəmir yolu infrastrukturunu inkişaf etdirir, məqsəd Rusiyadan yan keçməklə əsas tranzit qovşağına çevrilməkdir.

Gülnar Nazimqızı

Seçilən
33
anews.az

1Mənbələr