AZ

ABŞ dövlət katibi Azərbaycan-Ermənistan sülh prosesindən danışıb

ABŞ dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycanı davamlı sülh yoluna çıxarmaqda ABŞ Prezidenti Donald Trampın nailiyyətinin əhəmiyyətini vurğulayıb...

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Rubionun təşkil etdiyi Transatlantik şam yeməyi ilə bağlı bəyanatında qeyd edilib.

Dövlət katibi sülhün qorunması və rifahın əldə edilməsi üçün transatlantik tərəfdaşlığın əhəmiyyətini, NATO-ya üzv dövlətlərin çəkindirməni gücləndirmək üçün müdafiə xərclərini artırmaqla bağlı tarixi öhdəliyini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Rubio həmçinin Çinin “bədxassəli təsiri”nə qarşı durmağın vacibliyini qeyd edib.

Yaxın Şərqdə sabitliyə nail olmaq üçün birgə əməkdaşlıq, o cümlədən İranın heç vaxt nüvə silahı inkişaf etdirməməsi və ya əldə etməməsini təmin etmək, ErmənistanAzərbaycanı davamlı sülh yoluna çıxarmaqda ABŞ Prezidentinin nailiyyətini vurğulayıb.

Dövlət katibi Marko Rubio Aİ və NATO-ya üzv ölkələrin xarici işlər nazirləri, NATO-nun Baş katibi Mark Rutte, Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas və Azərbaycan, Ermənistan, İsveçrə və Ukraynanın xarici işlər nazirləri ilə 2025-ci il Transatlantik şam yeməyinə ev sahibliyi edib.

Poliqon.info

Seçilən
8
17
poliqon.info

10Mənbələr