AZ

ABŞ Avropanın Rusiyadan aldığı bütün qazını və neftini əvəz etməyə hazırdır

ain.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.

ABŞ Avropanın Rusiyadan aldığı bütün qazını və neftini əvəz etməyə hazırdır

ABŞ Rusiyadan Avropaya bütün qaz və neft tədarükünü tez bir zamanda əvəz edə bilər. Artıq bu barədə Avropa liderlərinə məlumat verilib. Bu barədə ABŞ-ın energetika naziri Kris Rayt Fox News telekanalında bildirib.

"Avropa Rusiyanın enerji resurslarını əvəz etmək üçün addımlar atır. Ola bilsin ki, bizim istədiyimiz qədər tez deyil. ABŞ bu gün Avropaya bütün Rusiya qazını, eləcə də bütün Rusiya neft məhsullarını əvəz etməyə hazırdır", - Rayt vurğulayıb.

O bildirib ki, o, altı gün ərzində Avropa liderləri ilə görüşüb, onları əmin etmək üçün Birləşmiş Ştatların Avropanın ehtiyaclarını ödəmək üçün lazımi potensiala malik olduğunu bildirib.

"Prezident Trampın gündəliyi sülhdür. Sülhə nail olmaq üçün isə Putinə təsir etmək lazımdır", - nazir qeyd edib.

Əziz Mustafa

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
42
oxumeni.az

10Mənbələr