Qırğızıstan parlamentinin üzvləri vaxtından əvvəl özünü buraxma qərarı qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Məlumata görə, iclasda iştirak edən 89 deputatdan 84-ü bu qərarın lehinə səs verib.
Qırğızıstan parlamentinin spikeri Nurlanbek Turqunbek növbədənkənar parlament seçkilərinin noyabrın 30-na təyin edildiyini bildirib.