AZ

Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edildi

Ajans.az xəbər verir ki, müraciətdə deyilir:  "Hörmətli Mehriban xanım, Heydər Əliyev Fondu yarandığı gündən etibarən Azərbaycanın mədəniyyət, elm, ədəbiyyat və incəsənət xadimlərinə daim yüksək diqqət və qayğı göstərmiş, humanizm və xeyirxahlıq nümunəsi kimi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük rəğbət qazanmışdır. Bu nəcib fəaliyyətinizə görə Sizə dərin minnətdarlığımızı çatdırırıq. Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanın tanınmış şairi, 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi Əlisəmid Kürün səhhətində ciddi problemlər yaranmışdır. O, sentyabrın 15-i axşam saatlarında qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. 18 sentyabr tarixində isə Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Əlisəmid Kürün vəziyyəti hazırda ağır olaraq qiymətləndirilir.  Əlisəmid Kür Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibi kimi fəaliyyət göstərib. Sizin humanizm və ədəbiyyat xadimlərinə qayğı ənənənizə güvənərək, hörmətli şairimizin müalicəsinin Heydər Əliyev Fondunun nəzarətinə götürülməsini və onun sağlamlığının bərpası üçün zəruri tədbirlərin görülməsini xahiş edirik.

Əvvəlcədən təşəkkürümüzü bildirir, Sizə möhkəm can sağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq.
                       
Hörmətlə,
Nəriman Həsənzadə, Xalq şairi
Ramiz Rövşən, Xalq şairi
Sabir Rüstəmxanlı, Xalq şairi
Vahid Əziz, Xalq şairi
Afaq Məsud, Xalq yazıçısı
Çingiz Abdullayev, Xalq yazıçısı
Nizami Cəfərov, akademik
Rasim Balayev, Xalq artisti
Hacı İsmayılov, Xalq artisti
Şeyx Əbdül Mahmudov, Xalq artisti
Hüseyn Haqverdi, Xalq rəssamı
Aqil Abbas, deputat, yazıçı
Səyyad Aran, deputat, yazıçı
Elnarə Akimova , deputat, ədəbiyyatşünas
Rüstəm Behrudi, şair
Umud Rəhimoğlu, Əməkdar Mədəniyyət işçisi
Azər Turan, Əməkdar Mədəniyyət işçisi
Elçin Hüseynbəyli, Əməkdar İncəsənət xadimi
Səlim Babullaoğlu, şair
İlqar Fəhmi, Əməkdar Mədəniyyət işçisi
Məhəmmədhüseyn Hüseynov, Əməkdar rəssam
Vüqar Muradov, Əməkdar rəssam
Natik Səfərov, Əməkdar rəssam
Azad Əliyev, Əməkdar rəssam
İlqar Əlfi, Əməkdar jurnalist
Qabil Abbasoğlu, Əməkdar jurnalist
Yusif Rzayev, Əməkdar jurnalist
Paşa Qəlbinur, şair, həkim
Saday Budaqlı, yazıçı
Fəxri Uğurlu, yazıçı
Etimad Başkeçid, yazıçı
Şərif Ağayar, yazıçı
Mübariz Örən, yazıçı
İlham Əziz, yazıçı
Aqşin Yenisey, şair
Qismət Rüstəmov, şair
Mirmehdi Ağaoğlu, yazıçı
Şəhriyar del Gerani, şair
Ülviyyə Heydərova, yazıçı-dramaturq
Fərid Hüseyn, şair
Vasif Ayan, jurnalist

Seçilən
8
12
Ajans.az

10Mənbələr