AZ

“Port Baku“ya yeni metro stansiyası çəkiləcək

Azərbaycan paytaxtında Bakıda "Port Baku" kimi tanınan ərazidə yeni metro stansiyasının inşası nəzərdə tutulur.

XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metronun "Xətai" stansiyasının yaxınlığında "Yaşıl xətt"ə əlavə keçid imkanı yaradılması nəzərdə tutulur.

"Bununla yanaşı, Babək prospekti üzərində şəhər istiqamətində ilk stansiyanın tikintisi həyata keçiriləcək. Sözügedən layihə prospekt boyunca sərnişinlərin hərəkətini asanlaşdıracaq", - deyə metro rəsmisi əlavə edib.

Xəbər 4 dəfə oxunub.
Seçilən
40
14
xezernews.az

10Mənbələr