AZ

Mal-qara oğurlayan şəxs saxlanıldı

Xəzər rayonunda 17000 manatlıq oğurluq edən şəxs saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Xəzər rayonunda iri və xırdabuynuzlu mal-qara oğurlanıb. Rayon sakini polisə müraciət edərək 17000 manat dəyərində mal-qarasının evinin həyətindən oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən N.Novruzov saxlanılıb.

Abşeron rayonunda isə mağazaların birindən 1616 manatlıq tütün məmulatını talamaqda şübhəli bilinən X.Qasımov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Seçilən
59
15
news24.az

10Mənbələr