AZ

Müxalifət Nikol Paşinyana təzyiqləri artırır

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

“Ölkəmizdə baş verən hər bir hadisə vicdanlı vətəndaşların çoxdan inandığı həqiqəti təsdiqləyir - Nikol Paşinyan Ermənistanın lideri kimi tutduğu vəzifədən uzaqlaşdırılmalıdır”. Reyting.az erməni mediasına istinadla bildirir ki, bu sözlər Ermənistanın baş naziri postuna “Mənim şərəfim var” fraksiyasından namizəd, Masis şəhərinin meri David Hambardzumyanın yaydığı bəyanatda əksini tapıb.“Bu, sadəcə olaraq, siyasi gündəm deyil. Bu, həyati zərurətdir və onun təxirə salınması qarşısıalınmaz nəticələrə səbəb olacaq. Nikol və onun komandasının hərəkətləri nəticəsində Ermənistan artıq çoxsaylı itkilərə məruz qalıb. Bundan sonrakı hər hansı güzəştlər ölkəmiz üçün taleyüklü ola bilər. Ona görə də, əziz həmvətənlər, dərhal hərəkətə keçməyin vaxtı çatıb”,-bəyanatda qeyd edilir.Mer əlavə edib: “Əminəm ki, sentyabrın 26-da parlamentdə Nikola qarşı etimadsızlıq səsverməsi ilə bağlı dinləmələr keçiriləcəyini bilirsiniz. Həmin gün parlament binasının qarşısında olacam. Gəlin, son dərəcə mühüm təşəbbüsün həyata keçirilməsinə birlikdə dəstək olaq”.ELÇİN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
reyting.az

2Mənbələr