AZ

Ağstafada 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib  

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən tədbirdən əvvəl ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan RİH başçısı Seymur Orucov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına  hər günü bir qəhrəmanlıq dastanı olan, tarixə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının əbədi olaraq qürur və fəxarət mənbəyinə çevrildi. Xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsi olan bu tarixi Qələbə ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində dövlətimiz tərəfindən bərpa və yenidənqurma işləri həyata keçirilir, məcburi köçkünlər öz doğma yurdlarına qayıdır.

Digər natiqlər – Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa şəhər Texniki-Humanitar təmayüllü liseyin Uşaq Birliyi Təşkilatının rəhbəri Naidə Həsənova, Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Elnarə İsgəndərova və Ağstafa “Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Kifayət Əlisgəndərova mövzuya dair geniş məruzələrlə çıxış ediblər.

image-1 image-2 image-3 image-4 image-6 image-7

Seçilən
12
1
veteninfo.az

2Mənbələr