AZ

“Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin təqdimatı keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Koreya-Azərbaycan Məzunlar Assosiasiyasının tərəfdaşlığı ilə “Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin icrası ilə bağlı təqdimat keçirilib.

“İki sahil” xəbər verir ki,  Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA Azərbaycan) maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi sənaye 4.0 çağırışlarına müvafiq olaraq universitetlərin tədris proqramlarını sənayenin inkişaf dinamikasına uyğunlaşdırılmasına dəstək vermək, bununla da akademik təlimlə əmək bazarının tələbləri arasında daha güclü əlaqə yaratmaqdır.

Vorkşopda KOİCA Təqaüd Proqramının məzunu, layihənin rəhbəri Gülminə Məlikzadə tərəfindən hazırlanmış “Təlimat kitabçası” tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə KOİCA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Hvanq Sulim, Cənubi Koreya Respublikasının Azərbaycan səfirliyinin konsulu Kim Çanqsu, Koreya-Azərbaycan Məzunlar Assosiasiyasının rəhbəri Emil İskəndərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimaiyyətlə əlaqələr və Marketinq Mərkəzinin direktoru İsa Muradov, müxtəlif universitetlər və sənaye sektorlarından ekspertlər, tələbələr və beynəlxalq tərəfdaşlar iştirak ediblər.

İştirakçılar layihənin əsas istiqamətləri barədə məlumatlandırılıb və sənaye müəssisələrinin nümayəndələri, universitetlər və tələbələrin iştirakı ilə keçirilmiş sorğuların nəticələrinə dair hesabatla tanış olublar.

Bu təşəbbüs universitetlərdə 4-cü sənaye inqilabı texnologiyaları üzrə praktiki və kompetensiyaya əsaslanan tədris çərçivələrinin tətbiq edilməsi və tələbələrin praktiki bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.

Seçilən
7
2
ikisahil.az

3Mənbələr