AZ

Azərbaycan Ordusunda psixoloqların bilik və bacarıqları təkmilləşdirilir

Azərbaycan Ordusunda xidmət edən psixoloqların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda “Psixoloji qiymətləndirmə prosedurları” mövzusunda təlim keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə keçirilən təlimdə psixoloji qiymətləndirmə prosedurları, gənc əsgərlərin orduya qəbulunda onların psixoloji vəziyyətlərinin dəyərləndirilməsi, hərbi qulluqçuların xidmət dövründə üzləşə biləcəkləri travmaların diaqnostikası və öyrənilməsi yolları barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, iştirakçılara Bolqarıstan Ordusunun psixoloqlarının tətbiq etdiyi mexanizmlər və onların praktik üsulları diqqətə çatdırılıb.

Hərbi qulluqçuların bütün xidmət dövründə psixoloji uyğunluqlarının ölçülməsini nəzərdə tutan mövzuda keçirilən təlim interaktiv qaydada aparılıb, dinləyicilər təcrübi çalışmalar vasitəsilə əldə olunan bilikləri möhkəmləndiriblər.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

472dcdbbbd8d18483b4abab62b1093cb

a29e10f61115334a08369325292f62c0

Seçilən
7
poliqon.az

1Mənbələr