AZ

AFFA “Qarabağ”ı 5000 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Sabah”-“Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat cərimə edilib. Dominos pizza

“Araz-Naxçıvan”-“Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimə edilib. Matçın 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 5000 manat cərimə edilib.


Telegram kanalımız
Seçilən
28
6
yenisabah.az

10Mənbələr