AZ

Qanunsuz saxlanılan 52 tüfəng aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 17 avtomat silahı, 5 tapança, 13 qumbara, 12 alışdırıcı, 52 tüfəng, 15 patron darağı və 371 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

"Cebheinfo.az" 

Seçilən
83
19
cebheinfo.az

10Mənbələr