UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu öncəsi Tofiq Bəhramov adına Respublika Stadionunda bəzi yeniliklər edilib.
Klubdan XQ-ə verilən məlumata görə, tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib. Həmin sektorlara işğaldan azad edilmiş ərazilərin adları verilib.
VIP sektorlar: Qubadlı VIP, Zəngilan VIP, Füzuli VIP, Cəbrayıl VIP, Xocalı VIP, Laçın VIP, Kəlbəcər VIP.
VVIP sektorlar: Ağdam VVIP, Şuşa VVIP, Xankəndi VVIP.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək oyunun biletləri bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletləri əldə edə bilərlər.